×
Who we are

SAHƏ ƏMƏLİYYATLARI ÜZRƏ QLOBAL İCLAS

July 04, 2018

Baş Qərargahdan olan FOD (sahə əməliyyatları departamenti) komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən Avani otelində 8-10 May 2018-ci il tarixində Təhlükəsizlik, Quraşdırılma və Texniki xidmət şöbələri üçün Sahə Əməliyyatları üzrə Qlobal İclas təşkil etdi. İclasda filial/şöbə rəhbərləri iştirak etmişlər. İclas iştirakçıları müxtəlif təşəbbüsləri müzakirə etmiş və məhsuldarlığın artırılması, quraşdırma xərclərinə nəzarət, təmir xərclərini azaltmaq, potensial təhlükələri aradan qaldırmaq/idarə etmək və qəza hadisələrinin qarşısını almaq üçün iş sahəsində təhlükəsizliyi yaxşılaşdırmaq üzrə innovativ (yenilikçi) fikirləri bölüşmüşlər. Baş İcraçı Direktor çıxış edərək iclasın açılışını elan etdi. Baş İcraçı Direktor müavini də həmin tədbirə qatılmışdı.