×
Who we are

İCMAL

Yaponiyanın “Mitsubishi Electric Corporation” şirkəti lift istehsalı sənayesində dünya şöhrətli lift istehsalçısıdır. Şirkət şaquli nəqliyyat sahəsində özünün istehsal etdiyi son dərəcə yüksək keyfiyyətli məhsullara onların istismar müddətində saz bir şəkildə işləmələrinə zəmanət verir, həmçinin həmin məhsullara yüksək standartlı servis xidməti göstərir.

1975-ci ildən etibarən biz, “AG MELCO Elevator Co”. M.M.C olaraq Yaponiyanın “Mitsubishi Electric Corporation” şirkəti ilə daimi əməkdaşlığımız çərçivəsində lift, eskalator, hərəkət edən yol lentləri və mətbəx liftlərinin layihələndirilməsi, satışı, quraşdırılması, onlara servis xidməti göstərilməsi, habelə onların modernləşdirilməsi işlərini həyata keçiririk. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş qərargaha malik olaraq və Yaxın Şərq, Türkiyə, Mərkəzi Asiya, Cənubi Asiya və Afrikada, eləcə də Okeaniyada fəaliyyətlərimizi genişləndirərək, bütün bölgələrdə böyük və uğurlu layihələrdə çalışırıq.

Nə üçün məhz “Mitsubishi Electric” şirkəti?

“Hərəkət edən keyfiyyət” ifadəsi təkcə “Mitsubishi Electric”şirkətini müəyyən etmir, bu həm də lift və eskalatorlar
sahəsində innovasiya, səmərəlilik, təhlükəsizlik və rahatlıq baxımından şirkəti dünyaca yüksək olan standartlar yaratmağa motivasiya edir. “Mitsubishi Electric” şirkəti yüksək istehsal keyfiyyəti, dəqiq quraşdırma və Yapon texniki xidmət standartı sayəsində bütün bölgələrdə və sənayenin bütün sahələrində şaquli nəqliyyat tələblərinə cavab verir.Ümumi statistika “Mitsubishi” şirkəti tərəfindən quraşdırılmış və texniki xidmət göstərilən lift və eskalator qurğularında qəza və ya xarab olma dərəcəsinin çox aşağı olduğunu göstərir. Spiral eskalatorlar, müşahidə liftləri, yüksək sürətli MRL liftləri və sairə kimi estetik cəhətdən layihələndirilərək hazırlanmış məhsullar bölgədəki memarlıq tələblərinə tam cavab verir.

Bütün dünyada ətraf mühitin qorunmasına yönələn tədbirlərin artmaqda davam etməsi səbəbilə, “Mitsubishi Electric” şirkəti ətraf mühitin qorunmasını özünün prioritet işlərindən biri hesab edir. “Mitsubishi Electric” şirkəti öz qabaqcıl texnologiyaları vasitəsilə lift və eskalatorların istismar müddətində onların ətraf mühitə təsir yükünü azaltmaq üçün bütün tədbirləri görür və istehsal etdiyi məhsulların enerjini qənaətlə işlətmələrini təmin edir.

Nə üçün AG MELCO?

Şaquli nəqliyyat sahəsində bütün müştərilərimizi yüksək keyfiyyətli məhsul və təhlükəsizlik ilə təmin etməkdən qürur duyuruq.

Yapon standartlarına cavab verən dünya səviyyəli məhsul və xidmətlərimizlə 44 il ərzində lift və eskalator istehsalı sənayesində dəb yaradıcısı olaraq, biz məhsul keyfiyyəti və məhsul təhlükəsizliyi işində “Güzəştə getmək olmaz” siyasətinə sadiqlik nümayiş etdiririk.

Biz, aşağıdakılar hesabına ekoloji təmiz, qənaətcil və uzunömürlü məhsul əldə etməyə imkan verən həlləri Sizlərə təklif edirik:

  • Mitsubishi standartlarına uyğun olaraq yeni texniki biliklərə sahib olan və təlim almış mühəndislərimiz tərəfindən quraşdırılan qurğular.
  • Montaj etdiyimiz bütün qurğularımızda qəza və ya xarab olma hallararının baş verməsini sıfır həddinə endirən və ya bunların cox az sayda baş verməsini təmin edən texniki servis paketləri
  • Quraşdırma və texniki servis xidməti zamanı görülən işlərə praktiki və diqqətli nəzarətin olması
  • Təhlükəsizlik və keyfiyyət standartlarına ciddi şəkildə riayət olunması

Tələblərinizi qarşılayacaq lift və eskalatorlar haqqında məlumat almaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın