×
Who we are

GÜRCÜSTAN : MÜŞTƏRİ SEMİNARI

October 12, 2018

“Mitsubishi Lift və Eskalatorlar” şirkətinin eksklüziv distribyutoru olan “AG MELCO Elevator Georgia Co. M.M.C” şirkəti 11 oktyabr 2018-ci il tarixində Tbilisi şəhərində yerləşən “Biltmor” otelində müştərilər üçün seminar keçirmişdir. İnteraktiv seminarda Gürcüstanın aparıcı tərtibatçıları, məsləhətçiləri və mühəndisləri iştirak etmişlər. Tədbir “Mıtsubıshı” şirkətinin şaquli nəqliyyat sisteminin texniki üstünlüyünü izah etmək və mövcud portfelə yeni bir həllin – Havanın kondisiyalaşdırılması həllinin əlavə edilməsini elan etmək üçün təşkil edilmişdir.

Baş direktor cənab Əbdül Mücib öz çıxışında şirkətin iş fəlsəfəsini işıqlandıraraq, şirkətin mənfəətinin qorunması məqsədilə şirkətin biznes modelinin uzunmüddətli əlaqələrin inkişaf etdirilməsinə uyğunlaşdırılması barədə danışdı. Cənab Əbdül Mücib qeyd etdi ki, şirkətin işində ən yüksək prioritet həmişə müştərilərə verilir və şirkət işçiləri bu prioritetin ardınca gedirlər. Şirkətin işində ən son prioritet mənfəətdir. “Kənd təsərrüfatında olduğu kimi, bizim işimizdə də əvvəlcə toxum səpməlisən, gübrə verməlisən, əmələ gələn cücərtini qorumalısan və ən sonda məhsulun bəhrəsini görəcəksən”- söyləyərək Baş direktor cənab Əbdül Mücib bildirmişdir.

Baş direktor müavini cənab Hiro Işiyama dinləyicilərə Mitsubishi Eleсtriс Korporasiyasının lift və eskalatorlar sahəsində yeniliklər, səmərəlilik, təhlükəsizlik və rahatlıq üçün ən yüksək qlobal standartları necə təyin etməsi barədə danışdı.

Digər məruzəçilər arasında AG MELCO Korporativ ofisinin aşağıdakı əməkdaşları da var idi: cənab Yoşitaka Asaba, Strateji Planlaşdırma şöbəsi; Cənab Taha Mahmud, GM – Qlobal Satış və Marketinq şöbəsi və cənab Antoni Duarte, GM – Qlobal Xidmətlər Satışı və Modernləşdirmə şöbəsi.

Məruzəçilərin çıxışlarından sonra interaktiv sual-cavab sesiyası keçirildi. Sual-cavab sessiyasında iştirakçıların bütün sualları cavablandırıldı və ekspertlərin iştirakı ilə keçirilən görüşdə suallar ətrafında izahatlar verildi. Şirkətin Gürcüstan filialının meneceri cənab Jegannas Mariappan vaxt tapıb hazırki informativ (məlumatverici) seminarda iştirak etdikləri üçün qonaqlara öz dərin təşəkkürünü bildirdi.